ƏRZAQ SƏBƏTİ

Rusiya Azərbaycandan idxal edilən 73 ton meyvəyə qadağa qoydu
02 AVQUST
330

Rusiya Azərbaycandan idxal edilən 73 ton meyvəyə qadağa qoydu

2018-08-02 17:23:00

Azərbaycandan Rusiyaya idxal edilənn 73 tona yaxın meyvə Dağıstanla sərhəddə saxlanılıb. Buna səbəb həmin meyvələrdə qurd aşkar edilməsidir.

Məlumata görə, “Yaraq-Kazmalyar” buraxılış məntəqəsində 4 partiya malda aparılan sanitar-karantin yoxlaması zamanı meyvələrdə qurd aşkar edilib.

Laborator yoxlamalar zamanı digər məhsullarda da oxşar hal müşahidə edilib. Ümumilikdə 73 tona yaxın armud, gavalı, şaftalının Rusiyaya idxalına qadağa qoyulub. Məhsulların idxal və karantin qaydalarının pozulmasına görə Rusiya Federasiyası tərəfindən protokol tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255