ƏRZAQ SƏBƏTİ

"Bakı", "Azəri", "Şirvan", "Freedom", "Astra" QAYIDIR
26 İYUL
363

"Bakı", "Azəri", "Şirvan", "Freedom", "Astra" QAYIDIR

2018-07-26 11:17:00

"Caspian Galaxy" şirkəti "Bakı", "Azəri", "Şirvan", "Freedom" və "Astra" markalarının Azərbaycanda siqaret markaları kimi qeydiyyatdan keçirib. Bu barədə Patent və Əmtəə Nişanları Mərkəzi bildirir. Yuxarıda qeyd edilən markalar üzrə siqaretlər əvvəllər "European Tobacco-Baku" tərəfindən istehsal olunurdu.

Bu tütün məmulatlarını istehsal ediləcəyi yer hələ bilinmir. Keçən il "Caspian Galaxy" MMC "AFB Bank" da kredit xətti əldə edib. Şirkət qeyri-ərzaq mallarınının satışı ilə məşğul olur və ölkənin 9 bölgəsində satış nöqtələrinə malikdir.

"Caspian Galaxy" MMC 2011-ci ildə Vüqar Hüseynov tərəfindən təsis edilib. Şirkət böyük vergi ödəyicisi sayılır və Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentində uçotdadır. (Turan)

Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi: “Bu toyuqları alıb yeməyin!” - XƏBƏRDARLIQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259