Qida sahəsi üzrə ixtisaslaşmış “ACT Azərbaycan” Bakıda ərzaqla bağlı növbəti sorğu keçirib. Sorğu nəticəsində məlum olub ki, əhali ərzaq alarkən ən çox onun istehsal tarixinə diqqət edir. Respodentlərin 44%-i seçimini buna əsasən etdiyini bildirir.
Məhsulun tərkibi də paytaxtlıların seçimində vacib amildir (31 %). Maraqlıdır ki, digər amillərin göstəriciləri sorğu liderlərindən qat-qat aşağıdır.
Belə ki, ərzağın qiyməti 5%, təravətliliyi isə 3 % səs toplayıb. Məhsulun istehsal yeri, hansı brendə məxsusluğu və dadı 2% respondentin vacib bildiyi amillərdir. Halallıq faktoru ən sonuncudur (1 %).
Rəyi öyrənilən hər on nəfərdən biri isə ərzaq alarkən hansı amillərə fikir verdiyindən xəbərsizdir (10%).
Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.
Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
Beləliklə, cavabların tam siyahısını təqdim edirik:
Ərzaq seçimində hansı amillərə fikir verirsiniz ?
İstehsal tarixi – 44%
Tərkibi – 31 %
Bilmirəm – 10%
Qiymət – 5 %
Təravətlilik – 3%
İstehsal məkanı – 2 %
Brend olması – 2 %
Dadı – 2 %
Halal olması – 1 % (Foodinfo.az)