ƏRZAQ SƏBƏTİ

Pərakəndə ticarət şəbəkəsindən məhsulların alınmasına daha çox pul xərclənib
09 İYUL
170

Pərakəndə ticarət şəbəkəsindən məhsulların alınmasına daha çox pul xərclənib

2018-07-09 10:36:00

Cari ilin ilk 5 ayında paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2017-ci ilin eyni göstəricisi ilə müqayisədə orta hesabla ayda 34,7 manat daha çox vəsait xərclənib.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz artaraq 3324,9 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 2,4 faiz artaraq 4311,3 milyon manat olub.

Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq 43,5 faiz təşkil edib.

Eləcə də bax: Azərbaycanda hansı egzotik meyvələr satılır? – QİYMƏTLƏRİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256