ƏRZAQ SƏBƏTİ

Azərbaycan Rusiyanın bəzi bölgələrindən quş əti idxalını dayandırdı
27 İYUN
95

Azərbaycan Rusiyanın bəzi bölgələrindən quş əti idxalını dayandırdı

2018-06-27 12:29:00

Beynəlxalq Epizootik Büro Rusiyanın Kursk, Penze, Samara bölgələrində yüksək patogen quş qripi qeydə alıb. Artıq  Belarus və Qazaxıstan bu ərazilərdən sözügedən məhsulların idxalını dayandırıb. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin açıqlamasına görə, Azərbaycan sözügedən ərazilərdən quş ətinin idxalını dayandırıb:

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Moskva və Moskvaərtafı bölgədə quş qripi təhlükəsi ilə bu məhsulların idxalına qadağa qoyub. Bu səbəbdən biz də həmin ərazilərdən quş əti məhsullarının idxalına məhdudiyyətlər tətbiq etmişik”. 

Qərarın hansı müddətə qədər davam edəcəyinə gəlincə, Y.Xanvəli bildirdi ki, bu, xəstələyin nə zaman aradan qaldırılmasından asılıdır. Onun sözlərinə görə, qadağa beş ay da qüvvədə ola bilər. 

Y.Xanvəli onu da əlavə etdi  ki, iyul ayının 1-dən Baytarlıq Xidmətinin bu səlahiyyətini Qida Təhlükəsizliyi Agentliyi icra edəcək.  

O, Azərbaycanın Rusiya, Ukrayna və Gürcüstandan quş əti və məhsulları idxal etdiyini vurğuladı:

“Məsələn, Dağıstanda eyni vəziyyət qeydə alınmadığından oradan quş ətinin idxalı dayandırılmayıb”.

Nəzərə çatdıraq ki, Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev Rusiyada quş əti idxal edilmədiyini bildirir. 

Onun sözlərinə görə, Azərbaycan quş ətinə tələbatını yerli istehsal hesabına ödəyir. 

Bu arada, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2018-ci ilin yanvar-aprel aylarında quş əti və onun əlavə məhsulları – 13,3 faiz azalıb. Hansı ki, ilin əvvəlində bu rəqəm üç dəfə artmışdı. (oxu.az)

Eləcə də bax: Mal əti niyə ucuzlaşır? - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273