ƏRZAQ SƏBƏTİ

Lənkəran sakinləri Qida Təhlükəsizliyi Agentliyində iş üçün müraciət ediblər
04 İYUN
711

Lənkəran sakinləri Qida Təhlükəsizliyi Agentliyində iş üçün müraciət ediblər

2018-06-04 14:34:00

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 2-də Lənkəran şəhər İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edib.

Qəbula gələn vətəndaşlar əsasən Agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunma, qida təhlükəsizliyi sahəsində həyata keçiriləcək islahatlar və və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Agentliyin sədri Q. Təhməzli vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.

Sədr vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyini vurğulayıb.

Eləcə də bax: Azərbaycan xaricə nə qədər pomidor satıb?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260