ƏRZAQ SƏBƏTİ

XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində 34 ölkədən 402 şirkət iştirak edəcək
15 MAY
212

XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində 34 ölkədən 402 şirkət iştirak edəcək

2018-05-15 13:26:00

XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərində 34 ölkədən 402 şirkət iştirak edəcək. Ötən illə müqayisədə builki sərgilərdə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12 faiz artım müşahidə edilib.

Bu fikirləri mayın 15-də XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransında ITE Group şirkətinin regional direktoru Edvard Stroon deyib.

Qeyd olunub ki, mayın 16-dan 18-nə kimi keçiriləcək sözügedən sərgilərdə iştirak edəcək 402 şirkətin 70 faizini xarici, 30 faizini isə yerli istehsalçı və distribüterlər təşkil edəcək. Həmçinin bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrupun iştirakı təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260