ƏRZAQ SƏBƏTİ

Pomidoru belə saxlayın!
14 MAY
193

Pomidoru belə saxlayın!

2018-05-14 14:59:00

Təzə halda olan pomidoru  bir ay müddətində 0°-də və nisbi rütubəti 90-95% olan buzxanalarda və soyuducu anbarlarda saxlamaq mümkündür. Bu tərəvəzin saxlanması üçün optimal şərait 2-30 °C temperatur hesab edilir.
Pomidorun  saxlanmağa davamlılığı onun məxsus olduğu sortdan,  tərkibindəki quru maddələrin, protopektin və sellülozanın miqdarından asılıdır. Pomidorun  saxlanma müddətini onları süni üsullarla yetişdirməklə də nail olmaq olar. Buna nail olmaq üçün meyvələr süd yetişkənliyi mərhələsinə çatdıqda onlar formalaşdığı kolun üstündə deyil, yığıb saxlamaqla yetişdirirlər.
Pomidor  axşam çağı temperaturun 50 C-ə qədər düşməsini gözləmədən yığılmalı və 20-25 ºC temperaturda yetişdirmək lazımdır. Optimal nisbi rütubət 80-90% olmalıdır. İşığın təsirindən yetişmə prosesi
tez başa çatır.
Pomidoru  yetişkənlik mərhələsindən asılı olaraq müxtəlif müddətlərdə saxlamaq mümkündür. Bəzi hallarda pomidor yetişkənliyini təmin etmək üçün onları 1:1000 nisbətində qatılıqda C2H2 asetilendən istifadə olunur.
Bunun üçün 1 kq kalsium karbiti suda həll etməklə 290 litr asetilen alırlar. Hansı meyvələrin tərkibində quru maddələrin, protopektin və sellülozanın miqdarı yüksəkdirsə onlar daha çox saxlanmaya davamlı olur. Mövsümün qızğın dövründə konserv və emal müəssisələrində məhsulun qəbulunda və emalında sıxlıqlar əmələ gəlir ki, nəticədə pomidor xammalının keyfiyyəti pisləşir və itgilərin miqdarı artır. Bütün bu baş verən proseslərin qarşısını almaq üçün emal müəssisələrindəki pomidor xammalının, xammal meydançalarında saxlanma şəraiti və müddətinin normaları mövcuddur. Çardaq örtüklü xammal meydançalarında, tomat pastası və şirəsi üçün nəzərdə tutulan xammalı yalnız 18 saat müddətində, bütöv halda konservləşdirilməsi nəzərdə tutulan təzə pomidoru isə 12 saatdan artıq saxlamağa icazə verilmir.
Xammal meydançalarının mövcud sahələrindən səmərəli istifadə etmək üçün keçid yollarının sayını nəzərə almadan, hər 1m2 sahədə 600 kq pomidoru saxlamaq mümkündür. Pomidorun saxlanması və daşınması zamanı 1 və 2№-li taxta, 5№- li polimer yeşiklərdən istifadə olunması mövcud standartlara tam cavab verir. Qısa müddətli saxlama zamanı və şəraitdən asılı olaraq tətbiq olunan texnoloji rejimlər və təbii itgi norması, 0-100 C temperaturda, havanının nisbi rütubəti 85-90%, şəraitində 1-3 həftə müddətində saxlanması zamanı təbii itgilərin normasının miqdarı 3%-ə yaxın olmalıdır. Məhsulun becərmə şəraiti, saxlama rejimindən asılı olaraq təbii itkilərin normaları və keyfiyyətin dəyişməsi baş verə bilər. (agroexpert.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276