ƏRZAQ SƏBƏTİ

Bakıda 1-ci Donor Əlaqələndirmə Görüşü keçiriləcək
12 MART
299

Bakıda 1-ci Donor Əlaqələndirmə Görüşü keçiriləcək

2018-03-12 15:38:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə 16 mart 2018-ci il tarixində Four Seasons Otelində 1-ci Donor ƏlaqələndirməGörüşü keçiriləcəkdir. Fins.az xəbər verir ki, görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edəcəklər.

Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasındaəməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək vəbu istiqamətdə Agentlik və təşkilatlar arasında fikir mübadiləsi aparmaqdır. Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti, eyni zamandaqısa və orta müddətli hədəfləri üzrə təqdimatlar keçiriləcəkdir.

Tədbirin sonunda sual-cavab sessiyası təşkil olunacaq, beynəlxalq donor təşkilatlar tərəfindən həyata keçiriləcək layihələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunacaqdır.

Eləcə də bax: 117 metr uzunluğunda olan kolbasanı kimlər yeyəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258