ƏRZAQ SƏBƏTİ

2022-ci ilə qədər Azərbaycanda istehsalı 19% artacaq
03 NOYABR 2017
292

2022-ci ilə qədər Azərbaycanda istehsalı 19% artacaq

2017-11-03 09:15:00

Azərbaycan hökuməti ortamüddətli perspektivdə süd istehsalının artımını proqnozlaşdırır. Bu barədə hökumətdən məlumat verilib.

Proqnozlara əsasən, 2017-ci ildə süd istehsalı 2,1 mln. ton təşkil edəcək, bu da 2016-cı ilin göstəricisindən 91 ton çoxdur.

2018-2021-ci illərdə süd istehsalında artım tendensiyası qorunacaq.

Xüsusilə, 2018-ci ildə süd istehsalı 2,19 mln. ton, 20219-cu ildə 2,219 mln. ton, 2020-ci ildə 2,39 mln. ton, 202-ci ildə 2,49 mln. ton səviyyəsində proqnozlaşdırılır. Beləliklə, 2022-ci ilə qədər artım 2017-ci ilin göstəricisi ilə müqayisədə 18,6% təşkil edəcək.

Bundan əlavə, 2022-ci ilə qədər Azərbaycanda yumurta istehsalının 18% artacağı gözlənilir. 2017-ci ildə yumurta istehsalı 1,67 mlrd. ədəd təşkil edəcək. 2021-ci ildə bu göstərici 1,97 mlrd. ədədə çatacaq. 

© “İnterfaks-Azərbaycan” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267