ƏRZAQ SƏBƏTİ

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin 8 ay ərzində həyata keçirdiyi işlər
20 SENTYABR
445

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin 8 ay ərzində həyata keçirdiyi işlər

2017-09-20 16:55:00

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 aprel 2016-cı il tarixli № 1944 Sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir. Qeyd edək ki, bunları Fins.az -ın sorğusuna əsasən adı çəkilən qurumdan məlumat veriblər.  Səhmdar Cəmiyyətin 12 regionda struktur bölmələri, 41 rayonda dayaq məntəqələri yaradılmış, regional bölmələr inzibati bina və lazımi avadanlıqlarla təchiz edilib. Mərkəzi Bakıda olmaqla 12 rayonda xüsusi təyinatlı, 20 min tonluq soyuducu tipli depo-anbarlar icarəyə götürülərək ölkədə istehsal olunan bütün növ ərzaq  məhsullarının standartlara uyğun olaraq uzun müddətli, keyfiyyətli saxlanma şəraiti təmin edilmişdir. Dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla  865 sayda müqavilə bağlanmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq təlabatının təmin edilməsi üçün 1836 sayda təchizat nöqtəsinin ərzaq təminatı həyata keçirilmişdir. Cəmiyyət 01 yanvar 2017-ci tarixindən etibarən satınalan təşkilatların (təhsil müəssisələri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, hərbi hissələr və digər dövlət obyektləri) təchizatının həyata keçirilməsinə başlayıb.

Səhmdar Cəmiyyətin 8 ay ərzində tədarük edərək daxili təchizata və ixraca yönəltdiyi məhsulların göstəricisi:

Satış tipi

Məhsulların adı

Məhsulların manatla ifadəsi

Məhsulların çəkisi (kq)

Satınalan

təşkilatlara

satılıb

Tərəvəz

5020848,78

8192299,01

Satınalan

təşkilatlara

satılıb

Meyvə və giləmeyvə

1366032,24

1516150,3

İxrac olunub

Tərəvəz

42628968,07

38151679,05

İxrac olunub

Meyvə və giləmeyvə

12152125,86

 

5 304 940

 

2017-ci ilin ilk 8 ayında daxili və xarici satış məbləğlərinin nisbətinə dair hesabat

 

Satışın növü

  Məbləğı (manatla)

Satışın nisbəti

Daxili

     57379286,07

         51%

İxracat

      54781093,93

         49%

Cəmi

        112 160 380

         100%

                                                                               Müəllif: Xeybər Heydərov 

                                           

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297