ƏRZAQ SƏBƏTİ

Bu günədək istehsal edilən taxılın həcmi – AÇIQLANDI
07 İYUL
318

Bu günədək istehsal edilən taxılın həcmi – AÇIQLANDI

2017-07-07 12:53:00

Azərbaycanda ümumilikdə biçiləcək 954 736 hektar taxıl sahəsinin 626 281 hektarını buğda, 328 455 hektarıını isə arpa sahələri təşkil edir. Bu barədə Fins.az-a Kənd təsərrüfatı Nazirliyindən məlumat verilib.  

Nazirliyin rayon  idarələrindən taxıl biçini barədə verilən operativ məlumata əsasən, artıq iyulun 6-dək həmin sahələrin 600 055.1 hektarı (62,9%) biçilib. Bunun da 326 846.1 hektarı (52,2%) buğda, 273 209 hektarı (83,2%) isə arpa sahələridir.

Ümumilikdə 1 627 225.6 ton məhsul əldə olunub. Əldə olunan məhsulun 946 315,5 tonu buğda, 680910,1 tonu isə arpa məhsuludur.

Hər hektardan ümumilikdə məhsuldarlıq 27,1 sentner, buğda üzrə 29,0 sentner, arpa üzrə isə 24,9 sentner təşkil edir.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288