ƏRZAQ SƏBƏTİ

Xaricdən gətirilən yararsız məhsulların sayı – AÇIQLANDI
15 FEVRAL 2017
749

Xaricdən gətirilən yararsız məhsulların sayı – AÇIQLANDI

2017-02-15 11:45:00

Respublika Sanitariya-Karantin Müfəttişliyinin Laboratoriya şöbəsində ötən il ərzində ölkəyə idxal olunan məhsullarla bağlı aparılan müayinələrin sayı açıqlanıb.

Fins.az-ın məlumatına görə, Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev bugünkü mətbuat konfransında çıxışı zamanı deyib ki, hesabat dövründə qurumun sanitar-kimyəvi bölməsində 10 460 müayinə, sanitar-bakterioloji bölməsində 6 674 müayinə, toksikoloji bölməsində isə 4802 müayinə aparılıb.

O bildirib ki, onlardan 1 nümunə (toyuq dərisi) sanitar-kimyəvi müayinələrə, 28 nümunə (ət, süd və konservləşdirilmiş məhsullar) sanitar-bakterioloji müayinələrə, 5 nümunə (uşaq oyuncaqları, makiyaj vasitəsi-pomada, efir yağları) toksikoloji müayinələrə görə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib.

Bu məhsullardan təkrar nümunələr götürülərək müayinələrin aparıldığını qeyd edən T.Vəliyev əlavə edib ki, nəticələri sanitar norma və qaydaların tələblərinə cavab verməyən məhsullar gigiyena qeydiyyatına alınmayıb: "Keçən il ərzində laboratoriya şöbəsinin həkimləri tərəfindən respublikadan ixrac olunan məhsullar üzrə 68 dozimetrik müayinə aparılıb”.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276