ƏRZAQ SƏBƏTİ

“Parnik” məhsulları da bahalaşacaq
29 NOYABR
316

“Parnik” məhsulları da bahalaşacaq

2016-11-29 14:39:00

Bir çox istehsal sahələrində, əsasən də kiçik sahibkarlıqda, şirniyyat, çörək sexlərində, restoranlarda, kafelərdə və bu tip həm xidmət, həm də istehsal sahələrində qiymət artımı olacaq.

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli Tarif Şurasının yeni qərarını şərh edərkən deyib. O bildirib ki, ən az enerji daşıyıcılarının qiymətlərinin qalxması əlavə olaraq qiymətlərin və xidmətlərin 10 faiz artımına səbəb olacaq: "Ümumiyyətlə, istehsalda mal və xidmətin maya dəyərinin təqribən 20 və 25 faizini həmişə enerji daşıyıcılarının qiymətləri tutur. Bu, ortalama olaraq belə hesablanır. Ən azı enerji daşıyıcılarının qiymətlərinin qalxması əlavə olaraq qiymətlərin və xidmətlərin 10 faiz artımına səbəb olacaq. Bu, ümumi qiymət artımı ilə əlaqədardır. Yəni xidmət qiymətlərində, kafe və restoranlarda, kiçik sahibkarların işlətdiyi bəzi istehsal sahələrində də qiymət bu günə kimi olan qiymət artımına əlavə olaraq 10 faiz, hətta ondan bir az da çox artacaq. Məhz qazın və elektrik enerjisinin qiymətinin qalxmasına görə əlavə qiymət artımı olacaq”. 

Natiq Cəfərli istixanalarda yetişdirilən məhsulların da qiymətinin 30-35 faiz artacağını istisna etməyib: "İstixanalardan istifadə edən fermerlər həm regionlarda, həm də Bakıətrafı ərazilərdə kifayət qədər çoxdur. İstixanalarda da istifadə olunan elektrik enerjisi və qazın qiyməti qalxacaq. Çünki onların bir çoxu şəxsi adlar üzərindən rəsmiləşdirilib. Ümumi qiymətlərin artması səbəbindən qazın qiymətində 2 qat artım olacaq. Çünki qoyulmuş 1500 kubmetrlik limit istixanalarda bir neçə günün limitidir. Yəni fermerlər bir neçə gündən sonra tarifləri artıq yeni qiymətlərlə ödəməli olacaqlar. Bu da istixanalarda yetişdirilən məhsulların qiymətinə çox kəskin şəkildə təsir edəcək. Məhsulların təqribən 30-35 faiz civarında artması gözlənilir”.

Mənbə: BakiPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271