ƏRZAQ SƏBƏTİ

Azərbaycan kolbasa istehsalçıları xarici bazarlara çıxmaq istəyirlər
25 OKTYABR
316

Azərbaycan kolbasa istehsalçıları xarici bazarlara çıxmaq istəyirlər

2016-10-25 14:47:00

Kolbasa və Kolbasa Məhsulları İstehsalçılarının Assosiasiyası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib.

Fins.az-ın verdiyi məlumata görə, komitetin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, kolbasa və kolbasa məhsulları istehsalçıları yerli məhsulları xarici bazarlara ixrac etməkdə kömək istəyiblər.

"Məsələ ərzaq texniki komitəsinin gündəliyinə daxil olub və gələn həftə müzakirə ediləcək. İstehsalçılar əsasən İran, Rusiya və MDB ölkələrinin bazarlarında öz məhsullarının tanınması mexanizmlərinin tətbiqini tələb edirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272