ƏRZAQ SƏBƏTİ

Azərbaycanının 18 ton almasını Dağıstandan geri qaytardılar
12 OKTYABR
608

Azərbaycanının 18 ton almasını Dağıstandan geri qaytardılar

2016-10-12 12:51:00

Azərbaycandan Dağıstan Respublikasına (Rusiya) 18 ton təzə almanın ixracının qarşısı alınıb. Məhsulun tədarükünə Rusiya-Azərbaycan sərhədində, "Yaraq-Qazmalar” beynəlxalq avtomobil buraxılış məntəqəsində Rusiya fitosanitariya və baytarlığa nəzarət Xidmətinin (Rosselxoznadzor) Dağıstan üzrə İdarəsinin müfəttişləri qadağa qoyub.

Bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Eləcə də bax: Türk meyvəsinə qadağa götürüldü

Məhsulun geri qaytarılmasına Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialının almalarda karantin zərərvericisi hesab edilən şərq alma qurdunun (Grapholitha molesta Busck) tapılmasına dair rəyi səbəb olub.

"Bununla da yük sahibi “Bitkilərin karantini haqqında” qanunun 15-ci maddəsini pozub və RF İnzibati Xətalar Məcəlləsi üzrə inzibati məsuliyyətə cəlb olunub", - deyə qurumdan bildirilib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272