ƏRZAQ SƏBƏTİ

Fermerlərə gübrə üçün yardım artırıldı
10 İYUN
153

Fermerlərə gübrə üçün yardım artırıldı

2016-06-10 08:22:00

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləği artırılıb.

Bu barədə Nazirlər Kabinetinin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin və herbisidlərin güzəştlə satılması Qaydaları”na dəyişikliklər edilməsi haqqında qərarında bildirilir.

Dəyişikliklərə görə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmiş biohumusun qiymətinə 70 faiz güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 100 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 10 manat məbləğində müəyyən edilib.

Dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımlar buğda və çəltik səpini ilə yanaşı pambıq və tütün əkininə də aid edilib. Qərarda istehsalçılara satılan mineral gübrələrin və herbisidlərin qiymətinə tətbiq edilən güzəşt, həmçinin biohumus və pestisidlərə şamil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272