ƏRZAQ SƏBƏTİ

Azərbaycan və Rusiya arasında "pomidor savaşı"
08 İYUN
416

Azərbaycan və Rusiya arasında "pomidor savaşı"

2016-06-08 18:03:00

Rusiya, Azərbaycandan ixrac olunan pomidorları geri qaytardığı günlərdə, Azərbaycanda satılan Rusiya istehsalı olan tomat pastalarının təhlükəli olduğu bildirilir.

"Rusiyadan Azərbaycana gətirilən bəzi tomat pastalarının tərkibində benzoy və sorbat turşuları var", -  Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. 

Eləcə də bax: Rusiya gömrüyü Azərbaycanın məhsullarını ölkəyə buraxmır - RƏSMİ AÇIQLAMA

"Ölkə pərakəndə satış nöqtələrində istehlakçıların verdiyi məlumatlara əsasən, aparılmış araşdırmalar zamanı, çox xoşagəlməz məqamlar üzə çıxıb. Belə ki, ölkəmizə, Rusiyadan idxal edilən bəzi tomat pastalarının tərkibində insan sağlamlığı üçün arzuolunmaz maddələrin mövcud olduğu aşkar edilib. Araşdırmalardan məlum olub ki, Azərbaycan ərazisinə idxal edilən bu məhsulun tərkibində benzoy və sorbat turşuları var.

Bundan əlavə, tərkibinə şəkli dəyişdirilmiş kartof nişastası və natrium benzoatın da əlavə olunduğu məlum olub. Bu kimyəvi maddələr yeməklərin hazırlanması zamanı isti temperaturun təsiri ilə kanserogen maddəyə çevrilir ki, bu da öz növbəsində xərçəng kimi dəhşətli bir xəstəliyə yol aça bilir.

İstehlakçıların böyük bir hissəsinin bu maddələr barədə məlumatsız olması və məhsul alarkən onun tərkibi barədə məlumata diqqətsiz yanaşması onların həyatı üçün ciddi təhlükəyə səbəb ola bilər. Bundan əlavə, tomat pastalarının tərkibində benzoy, sorbat turşularının, nişasta və digər zərərli qatqılardan istifadə edilməsi onların pomidordan deyil, yarım fabrikatlardan və digər qatqılardan hazırlandığını göstərir. Rusiyadan idxal olunan tomat pastalarında bir məqam da istehlakçının diqqətini cəlb etməlidir. Belə ki, yararlılıq müddəti 1 il göstərilən tomat pastasının tərkibində qeyd olunan zərərli əlavələr vardır, lakin yararlılıq müddəti 2 il olan tomat pastasının etiketində zərərli qatqıların adı qeyd olunmayıb. Əgər sonuncu məlumat doğrudursa, onda nə üçün istehsalçı zərərli maddələri tomat pastasına əlavə edir? Mağazadan alış-veriş edərkən bu məsələlərə diqqətli yanaşın ki, sonra xoşagəlməz hallarla qarşılaşmayasınız".

O vurğulayıb ki, AİB sözügedən tomat pastalarının laborator araşdırmasını aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275