ƏRZAQ SƏBƏTİ

Nazirlik meyvə-tərəvəzin keyfiyyəti ilə bağlı şikayətlərə baxacaq
08 İYUN
202

Nazirlik meyvə-tərəvəzin keyfiyyəti ilə bağlı şikayətlərə baxacaq

2016-06-08 10:22:00

Kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə bağlı vətəndaşların narazılıqları araşdırılacaq. Kənd Təsərrüfatı Nazirliyindən fins.az-a verilən xəbərə görə, bunun üçün 16 52 Çağrı Mərkəzi yaradılıb.

Meyvə-tərəvəz, xüsusilə bostan bitkilərinin gündəlik qidamızda geniş yer aldığı, ət məhsullarının isə tez xarab olduğu isti fəsillərdə əhalini bu qidaların sağlamlığı, yetişdirilmə və bəslənmə, saxlanma şəraitinin orqanizmə təsiri çox maraqlandırır.

Respublikada kənd təsərrüfatı sahəsində ən son texnoloji yeniliklərin tətbiqi, bitki sortlarının mühafizəsi, geni dəyişdirilmiş məhsulların qadağan olunması, baytarlıq və fitosanitar nəzarəti ilə dövlət bu narahatlıqları minimum endirməyə çalışsa da, məlumatsızlıq və çox zaman əsassız şayiələr insanları çaşdırmaqda davam edir.

Kənd Təsərrüfatı Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, bazar və marketlərdən aldıqları və keyfiyyətlərinə şübhə ilə yanaşdıqları hər hansı bitki və ya heyvan məşəli məhsulla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Mərkəz iş günləri səhər saat 9-dan 6-dək bütün telefonlardan zəngləri qəbul edir. Eləcə də şənbə və bazar günləri də vətəndaşların zəngləri qəbul ediləcək.

Nazirliyin tabeliyində olan müvafiq qurumların, istər Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, istərsə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyalarında istənilən bitki və heyvan mənşəli qidanın tərkibi yoxlanıldıqdan sonra, vətəndaşlara analizlərin nəticələri barədə məlumat veriləcək, onları maraqlandıran suallara aydınlıq gətiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270