SAĞLIQ

Azərbaycanda pasientlərə məsafədən məsləhətlərin verilməsinə başlanıb
07 İYUN
321

Azərbaycanda pasientlərə məsafədən məsləhətlərin verilməsinə başlanıb

2017-06-07 11:37:00

Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (SN TTTYS) telesəhiyyə sisteminin tətbiqinə başlanılıb.

Bunu Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SN TTTYS) baş həkimi Mirələm Cavadov jurnalistlərə deyib.

M.Cavadov deyib ki, telesəhiyyənin tətbiqi nəticəsində xəstəyə baxaraq onun həkiminə qısa müddətdə, operativ, məsafədən tövsiyə vermək mümkün olur.

Bsş həkim qeyd edib ki, bu ilin fevral ayından fəaliyyətə başlayan telesəhiyyə xidməti vasitəsilə artıq 147 pasiyentə məsafədən məsləhətlər verilib. Bu da konsultativ xidmət göstərilmiş 389 pasiyentdən 37 faizini təşkil edib.

M.Cavadov deyib ki, telesəhiyyələrin tətbiqi ilə bağlı Bakıya xəstə köçürülmələrin sayında da azalma olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287