SAĞLIQ

"Nurofen" bu dəfə öz başını ağrıtdı – MƏHKƏMƏ QƏRARI
16 DEKABR 2016
1803

"Nurofen" bu dəfə öz başını ağrıtdı – MƏHKƏMƏ QƏRARI

2016-12-16 17:23:00
Avstraliyanın Federal Məhkəməsi "Nurofen" ağrıkəsicinin istehsalçısının cəriməsini 1,3 milyon dollardan 4,4 milyon dollaradək qaldırdı. Fins.az-ın "The Guardian"-a istinadən verdiyi xəbərə görə, bu addım İstehlakçı və Rəqabətin Qorunması Komissiyasının apellyasıyasından sonra baş tutub.
Məlumata əsasən, komissiya cərimənin məbləğini aşağı hesab etdiyinə görə yenidən məhkəməyə müraciət edib, o da öz növbəsində məbləği 4,4 milyon dollaradək artırıb.
Qeyd edək ki, məhkəmə "Nurofenin" Britaniyadakı "Reckitt Benckiser" istehsalçısını alıcıları aldatmaqda günahlandırıb. Belə ki, şirkət "Nurofen Specifik Paid" adlı xüsusi dərman seriyası buraxaraq, onun müxtəlif ağrılara təsir göstərəcəyini bəyan etmişdir. Lakin məhkəmə preparatların eyni tərkibli olduğunu sübüt edib və buna görə şirkəti 1,3 milyon dollar cərimələyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298