SAĞLIQ

1 yaşına qədərki əlil uşaqlar 40% artıb
01 SENTYABR
291

1 yaşına qədərki əlil uşaqlar 40% artıb

2016-09-01 17:53:00

2015-ci ildə Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzinə (UBMM) (ilk dəfə müraciət etmiş) 98 xəstə daxil olub. Xəbəri Səhiyyə Nazirliyi yayıb.

Xəbərə görə, 2016-cı ilin ilk 6 ayı ərzində isə bu göstərici 88 xəstə təşkil edib. 2015-ci ilin ilk 6 ayı ərzində UBMM-ə ümumi gəlişlərin (ilk və növbəti gəliş) sayı 19661 təşkil edirdisə, 2016-cı ilin 6 ayı ərzində bu rəqəm 20612 çatıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin 2014 – 2020-ci illər üzrə Strateji Planına əsasən, uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində UBMM–ə müraciət edən 1 yaşına qədər olan uşaqların sayının əvvəlki ilə nisbətdə 40% artması müşahidə olunur.

Bildirək ki, mərkəzdə bərpa müalicəsinə ehtiyacı olan 18 yaşına kimi uşaqlar çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Xəstələr mərkəzə sahə poliklinikaları tərəfindən göndərilirlər.

UBMM-də müalicə alan uşaqların 40%-i sinir sistemi xəstəliklərindən, 30%-i dayaq hərəkət sistemi xəstəliklərindən, 20%-i yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10%-i müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.

Mənbə: contact.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272