SAĞLIQ

Antibiotik çatışmazlığına aydınlıq gətirildi – NAZİRLİKDƏN AÇIQLAMA
09 AVQUST
123

Antibiotik çatışmazlığına aydınlıq gətirildi – NAZİRLİKDƏN AÇIQLAMA

2016-08-09 12:26:00

Bakıda dərman depolarında kifayət qədər "Pensilin" mövcuddur. Bunu Səhiyyə Nazirliyi fins.az-ın paytaxtdakı apketlərdə yaranan dərman qıtlığı ilə bağlı sorğusuna cavab olaraq bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, son dəfə böyük həcmdə "Pensilin" iyun ayında Azərbaycana gətirilib: "Hazırda dərmanın tapılmaması ola bilməz. Çünki depolarda kifayət qədər "Pensilin" var".

Xatırladaq ki, vətəndaşlar mediaya açıqlama verərək paytaxtın müxtəlif ərazilərində yerləşən apteklərdən "Pensilin" antibiotikini tapa bilmədiklərini bildiriblər. Aptek işçiləri isə deyirlər ki, dərman depoda qurtarıb. Dərmanın nə vaxt gələcəklərindən isə məlumatsızdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274