SAĞLIQ

Lisenziyasız özəl tibb fəaliyyəti göstərənlər cərimələndi
29 İYUL
105

Lisenziyasız özəl tibb fəaliyyəti göstərənlər cərimələndi

2016-07-29 12:01:00

Səhiyyə Nazirliyinə daxil olan sorğu məktubları əsasında 159 özəl tibb müəssisəsində yaradılan şəraitin tibb müəssisələrinə dair normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, qiymətləndirmənin nəticələrinə əsasən, 124 müəssisə (78,0 faiz) barədə müsbət, 35 müəssisə (22,0 faiz) barədə isə mənfi rəylər hazırlanaraq müvafiq qaydada Səhiyyə Nazirliyinə təqdim edilib. Bu ilin birinci yarısında 25 şəxs tərəfindən özəl tibb fəaliyyəti subyektləri barədə daxil olan müraciətlər və şikayət məktubları ətraflı araşdırılaraq lazımi tədbirlər görülüb və nəticəsi barədə ərizəçilərə məlumat verilib.

Bundan başqa, Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən lisenziyasız özəl tibb fəaliyyəti göstərənlər barədə 6 protokol tərtib edilərək Səhiyyə Nazirliyinə göndərilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə uyğun olaraq hər bir şəxs barəsində Səhiyyə Nazirliyi tərəfindən inzibati cərimə haqqında qərar çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272