SAĞLIQ

Hepatiti pulsuz yoxlayacaqlar
27 İYUL
324

Hepatiti pulsuz yoxlayacaqlar

2016-07-27 14:22:00

Dünya Hepatitlə Mübarizə Günü ilə bağlı iyulun 28-30-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) həkim-hepatoloqun pulsuz konsultasiyası təşkil ediləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən fins.az-a bildiriblər ki, 3 gün davam edəcək müayinələrdə sağlamlığını düşünən hər kəs iştirak edə bilər.

Müayinələri xaricdə təhsil alan həkim-hepatoloq aparacaq. Qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan Hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275