SAĞLIQ

Bu gündən dərmanlar yeni qiymətə satılır
01 İYUN
324

Bu gündən dərmanlar yeni qiymətə satılır

2016-06-01 18:07:00

Bu gündən apteklər daha 1334 dərmanı yeni qiymətlə satışına başlayıb. İqtisadiyyat və Sənaye Nazirliyindən Fins.az-a verilən məlumata görə, Tarif Şurası dövlət qeydiyyatına alınan 10 mindən çox dərman vasitəsindən indiyədək 7075-nin qiymətini təsdiq edib.Onlardan 5 min 741-i apteklərdə artıq yeni qiymətlərlə satılır.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulub.

Qiymətləri təsdiq edilmiş dərman vasitələrinin, qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində yerləşdirilib.Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir.

Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272