PR

“Sprite”ın Rusiyada yeni reklam siması məlum oldu – Video
04 SENTYABR
98

“Sprite”ın Rusiyada yeni reklam siması məlum oldu – Video

2019-09-04 10:13:00

Rusiyanın hip-hop ifaçısı Big Baby Tape “Sprite”ın yeni reklam siması olub.

Fins.az xəbər verir ki, bu haqda şirkətin məlumatında deyilib. Musiqiçi ilə içki istehsalçısının əməkdaşlığı #yenicavab kampaniyası ilə başlayıb.

Və brendin başqa promoaksiyaları çərçivəsində davam edəcək. Yeni reklam simasının seçilməsi ilə bağlı “Sprite”ın məqsədi odur ki, o brendin yaradıcı komandası ilə birlikdə yeni kreativ həllərin hazırlanmasında iştirak edəcək.

Coca-Cola-nın dijital meneceri Aleksandr Qolofast isə deyib ki, Big Baby Tape öz növbəsində birinci reklam kampaniyasında özünün müəllif hitini təqdim edib.

“Sprite” nümayəndəsi isə öz növbəsində deyib ki, hip-hop ilə içki bir-biri ilə uzun illərdir ki, ayrılmaz bir şəkildə bağlıdırlar.

Qeyd etmək yerinə düşər ki, daha əvvəl marka bu musiqi mədəniyyətinin bütləri ilə içkilərin yeni seriyasını buraxmışdı. Onların arasında Tupak Şakur, Missi Elliott, Cey Koul və s. vardı. Həmçinin, içki istehsalçısı Amerikada gənc musiqiçilərin dəstəyi ilə bağlı olaraq proqram buraxmışdı, onların arasında Rae Sremmurd, Vince Staples, Lil Yachty və Kamaiyah var.

Yeni reklam siması ilə birlikdə çəkilən reklam çarxı Nikita Çernışev, Diana Xəlilova, Ekaterina Semenovanın şəxsində yaradıcı komanda ilə birlikdə hazırlanıb. İstehsalçı şirkət isə “Hype Production” agentliyi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır