PR

Avqustun ən maraqlı qlobal reklam kampaniyaları -Video
02 SENTYABR
111

Avqustun ən maraqlı qlobal reklam kampaniyaları -Video

2019-09-02 15:23:00

Freddy Mercury də bir qaçqın idi!

Almaniyada fəaliyyət göstərən və qaçqınlar ilə şirkətlər arasında körpü yaradan, onları müvəqqəti iş modellər ilə təmin edən “Social-Bee” təşkilatı yeni maarifləndirmə kampaniyasına başlayıb. “Jung von Matt” kreativ agentliyi ilə birgə hazırlanan kampaniya qaçqınlara yönəlik fikirləri aradan qaldırmaq məqsədi daşıyır. Hazırlanan posterlərdə ikonlaşmış üç ada yer verilib. Bildirilir ki, Albert Einstein, kinonun vacib adlarından Marlene Dietrich Nasist Almaniyasından, Freddy Mercury-i isə Zanzibardan qaçan qaçqın olub. Elanlarda potensialı görməyin vacib olduğu vurğulanır.

 

Bir rock ’n roll fotoqrafının qeyri-adi hekayəsi

1969-cu ildə Nyu-York şəhərində “Sülh və Musiqi” adı altında “Woodstock” musiqi festivalı keçirilib. Bu festival artıq 50 ilini geridə buraxıb. Festival 50-i ilini qeyd etmək üçün maraqlı kampaniyaya imza atıb. O kampaniya çərçivəsində hazırda 80 yaşı olan rock ’n roll fotoqrafı Henry Diltzin hekayəsinə yer verib. Kmapaniya insanları 6 dəqiqəlik bir keçmişə aparır.

Bir saniyə fərq ilə həyatda qalanlar

Reklam agentliyi DDB və Yeni Zelandiyanın dövlət dəmir yolları qatar qəzasından sağ qalan insanların real görüntüləri ilə ürəkləri ağıza gətirən reklam filmi hazırlayıb. Dövlət orqanı sərt mesajla qeyd edir ki, insanların anlıq diqqətsizlikləri, onların həyatına səbəb ola bilər. Həmçinin ölümləri tükdən asılı olan bu insanların real kamera görüntüləri hədəf kütləyə göstərilir.

Qiyamətdən qaçıb fıstıq əzməsinə sığınmaq

Amerikanın sıqtıq əzməsi markası Jif reklam agentliyi “Publicis” ilə yeni kampaniya ərsəyə gətirib. Reklam çarxı elə ilk saniyələrdə tamaşaçının diqqətini cəlb etməyə müvəffəq olur. Çarx Steve Spielbergin 2005-ci ildə çəkdiyi populyar filmi “Dünyalar müharibəsindən” bir səhnəni xatırladır. Çarxda daha sonra nələr baş verdiyini isə filmə baxaraq görə bilərsiniz.

Bir qədəhdən çox şey olur!

Alkoqollu avtomobil idarə edənlərin ən böyük bəhanələrindən biri budur ki, “Bir qədəh ilə bir şey olmaz”. Kanadanın ən sıx əhalisi və ikinci ən böyük əyaləti Ontario insanlara verdiyi mesajda deyib ki, çox və ya az alkoqol almaq, eyni dərəcədə təhlükə yaradır. McCann agentliyi ilə birgə hazırlanan kampaniya insanları, həm güldürüb, həm də düşündürüb. Agentlik dörd fərqli kommunikaisya kampaniyasına imza atıb.

Təyyarələrin səyahət oturacaqlarını kim sıxışdırdı?

Amerikanın hava yolu şirkəti JetBlue reklam agentliyi MullenLowe ilə birlikdə 30 saniyədən ibarət 7 reklam filmi hazırlayıb.

IKEA-dan sürprizli son

IKEA universitetə getmək üçün böyüdüyü evdən, otağından ayrılan uşağın vidası kimi duyğusal bir mövzunu işlədiyi reklam seriyasını heç gözlənilməyən sürpriz sonla bitirir. 17 yaşında dəliqanlı uşağın ailəsinə əl sallayaraq otağından ayrılarkən çalınan duyğusal musiqi bir anda kəsilir. Nə olur? Cavab IKEA və Havas-ın əməkdaşlığı ilə birgə hazırlanan reklam filmlərində...

Özün ola bilmək cəsarət istəyir!

1969-cu ildə ilk dəfə Nyu-York şəhərində homoseksualların ilk həmlələri olan “Stonewall”un 50-ci illiyi qeyd edilib. Bunun üçün Kanadanın reklam agentiyi “Taxi”, ölkənin mobil rabitə şirkəti “Fido” ilə bərabər kommunikasiya kampaniyasına imza atıb.

Saçlarınızı qaranti hesab etməyin

Amerikanın 2400-dən çox şöbəsi olan məşhur gözəllik salonu “Supercuts” yeni reklam kampaniyası hazırlayıb. Marka siması kimi isə məşhur aktyor Michael Kelly-i seçib. “House of Cards” filmindəki Doug Stamper rolu ilə ağıllarda qalan Michael Kelly “Supercuts”ın 3 reklam kampaniyasında yer alıb və insanları güldürməyi bacarır. Kelly deyir ki, insanlar öz saçlarının dəyərini bilmir və nə vaxt “Supercuts” salonuna getsəm, elə bilirlər ki, yandakı karate salonunu axtarıram. “Supercuts”ın sloqanı isə reklam filmi ilə bütövləşir. “Saçlarınızı qaranti hesab etməyin”.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır