PR

“YouTube” rekord həcmdə cərimə olundu
02 SENTYABR
76

“YouTube” rekord həcmdə cərimə olundu

2019-09-02 10:27:00

“Google” rekord həcmdə 150 -200 milyon dollar cərimə ödəyəcək. Buna səbəb isə “YouTube”un həddi-buluğa çatmayan uşaqların məlumatlarının yığılması ilə bağlıdır.

Fins.az xəbər verir ki, “Reuters” nəşri yazır ki, istifadəçilər Federal Ticarət Kommisiyasından (FTC) istəyib ki, videoservis hədəflənmiş reklamın göstərilməsi üçün uşaqların informasiyalarını yığır.

Onların sözlərinə görə, videoservis valideynlərin razılığı olmadan yer, baş çəkdikləri veb-saytların tarixi, nömrələrini əldə edib. Bu, internetdə uşaqların məxfiliyinin müdafiəsi haqqında qanun çərçivəsində pozulan, ən böyük cərimlərdən biri olacaq.

Qeyd edək ki, daha əvvəl videoservis konfilikti həll etmək üçün uşaqlar ilə bağlı kontentin əsas hissəsini “YouTube Kids”ə köçürdü. Ancaq yenə də uşaqların əksəriyyəti “YouTube”un əsas tətbiqindən istifadə etməyə davam etdilər.

Daha əvvəl deyilirdi ki, “YouTube” uşaqlar ilə bağlı çarxlarda hədəflənmiş reklamdan bütünlüklə imtina etməyə çalışır. Belə bir addım isə şirkətə ildə 50 milyon dollara başa gələcəkdi.

Qanuna görə, Amerika şirkətləri 13 yaşdan kiçik uşaqlar haqqında məlumatların toplanması üçün valideynlərin razılığını almalıdır. Bu isə xüsusilə öz profilində yaşını qeyd etməyən uşaqlar üçün nəzərdə tutulub. Bütün onlayn platformalar bu qaydalara əməl etməyə çalışır. Məsələn, 2019-cu ilin fevralında musiqi xidməti “TikTok” bu qanunun müddəalarını pozduğuna görə, rekord həcmdə 5,7 milyon dollar cərimə edilmişdi.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır