PR

“Instagram” yeni messencer hazırlayır: “Direct” olmayacaq? -Foto
28 AVQUST
108

“Instagram” yeni messencer hazırlayır: “Direct” olmayacaq? -Foto

2019-08-28 10:26:00

“Facebook” sosial şəbəkəsi “Threads” adlı yeni messenceri üzərində işləyir.

Fins.az xəbər verir ki, bu haqda “The Verge” nəşri yazıb. 

Qeyd edilir ki, “Threads” istifadəçilərə bir-biriləri ilə ünsiyyət qurmağa, yer bildirimlərini paylaşmağa, “Instagram”ın yaradıcı alətlərindən və s. istifadə etməyə icazə verəcək.

Daxili əlavə “Facebook”un messencerinə oxşayır. Hazırda əlavə sosial şəbəkədə daxili test rejimini keçir.

“The Verge” nəşri yazır ki, yeni messencerin köməyi ilə internet-şirkəti “Snapchat” ilə rəqabət aparmağı planlaşdırır. Belə ki, orta statistik istifadəçi, “Instagram” ilə müqayisədə “Snapchat”da daha çox vaxt keçirir.

Xatırlatmaq yerinə düşər ki, bu ilin mayında “Instagram” “Direct” üzərindəki işləri dayandırıb. Bildirilirdi ki, “Direct” əlavə proqram olmalı və sosial şəbəkədə mesajlaşma, yeni yaradılacaq tətbiq üzərində aparılmalı idi.

©Facemark.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır