PR

“Instagram”da hansı ulduz çox layk yığır? – TOP 5-lik
11 İYUN
183

“Instagram”da hansı ulduz çox layk yığır? – TOP 5-lik

2019-06-11 14:25:00

“Hype Auditor” analitik platformasının araşdırmasına görə, müğənni Selena Qomes “Instagram”da layklarının sayına görə ən populyar istifadəçidir.

Abunəçilərin sayının futbolçudan az olmasına baxmayaraq, müğənni hər postuna görə, orta hesabla 4,6 milyon layk yığır. 

Fins.az-ın məlumatına görə, bu haqda “The Sun” nəşri yazıb.

Ekspertlər “Instagram”da ulduzların hesablarını proqramın köməyi ilə qiymətləndiriblər. Belə ki, onun vasitəsilə hesablardakı saxta abunəçilər qiymətləndirmə zamanı hesablanmır, həmçinin istifadəçilərin cəlb olunma dərəcəsini müəyyən edir.

Belə ki, Selena Qomes abunəçilərin sayı üzrə mütləq lider deyil, ancaq müğənninin postları böyük miqdarda layk yığır. Orta hesabla 4,6 milyon. İkinci yerdə isə amerikalı model və biznesvumen Kayli Cenner dayanır. Onun fanatları orta hesabla bir posta 3,6 milyon layk qoyur. Növbəti isə Kriştiano Ronaldo dayanır. 170 milyon abunəçi ilə. Futbolçunun hər postu isə orta hesabla 2,8 milyon layk toplayır. Reytinqin növbəti pilləsində isə Ronoldonun həmkarı Lionel Messi və R’n’B ifaçı Beyonse qərarlaşıb.

©Facemark.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır