PR

“Onlar sənayeni öldürürlər”: “Apple” öz rəqiblərini necə sıradan çıxarır?
07 MAY
154

“Onlar sənayeni öldürürlər”: “Apple” öz rəqiblərini necə sıradan çıxarır?

2019-05-07 09:40:00

Smartfonların kütləvi istehlakı yaranan vaxt, uşaqların, eləcə də valideynlərin onlardan asılılığını azatmaq, vaxta qənaət etmək üçün əlavələr meydana gəlməyə başladı. Ötən il “Apple” şirkəti şəxsi “rəqəmsal sağlamlıq” proqramı haqqında elan etmişdi. Bu proqrama “Apple”ın öz məhsullarına uyğun funksiyalar əlavə edilmişdi. Bundan sonra, xırda şirkətlər, “App Store”də yerləşdirilən tətbiqlər praktiki şəkildə gəlirli biznes aparmaq funksiyalarını itirdilər.

Fins.az-ın məlumatına görə, bu haqda “The New York Times” nəşri yazır.

Ötən il “Apple” şirkəti 17 ən popular əlavələrin funksiyalarını sildi, yaxud da onların sayını 11-ə endirdi. Bu isə ekran vaxtı və valideyn nəzarəti ilə bağlı idi. Bundan başqa, “App Store”də az yüklənən, qadjetlərdən asılılıq yaradan əlavələr görünməməyə başladı. Bəzi hallarda “Apple” şirkəti onlardan valideyn nəzarət funksiyasını istəyirdi, bəzilərini isə xəbərdarlıq etmədən belə mağazasından silirdi. Minlərlə müştəriyə xitab edən markalar biznessiz qaldı. Başqaları isə şikayət edirdi ki, onlar artıq bağlanmağa yaxındır.

“Onlar bizi tamamilə qəfildən sildilər. Onlar sistematik şəkildə sənayeni öldürür”, - deyə Amir Mossavian deyib.

“Apple”in mətbuat xidmətindən isə deyiblər ki, tətbiqlər ona görə silinir ki, onlar smartfon istifadəçiləri haqqında xeyli məlumatlar toplayır.

“Apple”in qlobal marketinq üzrə aparıcı vitse-prezidenti Flip V. Şiller isə məsələni şərh edərək deyir ki, şirkət uşaqlarının şəxsi həyatını təhlükə altına ata biləcəyi texnologiyalardan müdafiə etmək üçün, çox məsuliyətli olması lazımdır”.

Buna baxmayaq, əlavələri “App Store”dən silinən şirkətin rəhbərləri düşünür ki, onlar “Apple”in məhsullarına rəqib ola bilərdilər. “Alma” şirkətinin xidmətləri bilinməyən rəqiblər ilə müqayisədə daha az effektivdir və daha az funksiyalar təklif edirlər. “Apple” şirkətinin rəhbəri Tim Kuk hələ apreldə demişdi ki, onlar istəmirlər ki, insanlar öz smartfonların mütəmadi istifadə etsinlər.

“Bu, heç vaxt bizim məqsədimiz olmayıb”, - deyə baş icraçı direktor əlavə edib. Kukun sözlərinə görə, əksinə onlar istəyir ki, insanlar smartfonu bir kənara qoyub, real görüşlərə və ünsiyyətə vaxt ayırsınlar.

“TechCrunch” nəşri qeyd edir ki, “Apple” məhz push-xəbərdarlıq xidmətini ona görə, yaratmışdı ki, insanlar daha vacib bildiklərinə baxsınlar. Hətta Kukun özü təsdiq edir o, uzun müddətdir ki, xəbərdarlıqları bağlayıb, çünki ayfonun çıxardığı səslər onda qıcıq oyadır. Bu əsasən o vaxt baş verir ki, o sosial şəbəkələrdə yeni post paylaşır və yaxud onlayn oyunlarda yeni səviyyəyə çıxır.

Ekran vaxtı funksiyası “Apple” smartfonlarında ötən ilin payızında, iOS 12 əməliyyat sisteminin yenilənməsindən sonra çıxıb. Məqsədi istifadəçilərin dijital sağlamlığını qorumaqdır. İstifadəçilərin sosial şəbəklərdən belə istifadəsini məhdudlaşdırır. Bu anons ən çox valideynlərin xoşuna gəldi, axır ki onlar sosial şəbəklərdə saatlar ilə oturan uşaqlarını izləyə biləcəkdilər. Amma funksiya özünü doğrultmadı, balaca uşaqlar belə müxtəlif üsullardan istifadə etməklə, qadağalardan xilas olmağa başladılar. Məsələn, 7 yaşlı oğlan oyun oynaya zaman sayğac işə düşürdü və o limiti keçən zamanı oyuna davam edə bilmirdi. Amma ona lazım idi ki, tətbiqi silsin və yenidən yeni versiyasını yükləsin. Bununla sayğac sıfırlanırdı. Başqa uşaq isə digər üsuldan istifadə etmişdi. Məsələn, o görən zaman ki, ona ayrılan vaxt dolur, o vaxtı geri tənzimləməklə, oyuna davam edirdi. Bəli, bu sadə üsula oxşayır, amma işə yarayırdı.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır