PR

“Beynəlxalq Qadınlar Günü” ilə bağlı altı qlobal kampaniya – Foto + Video
11 MART
118

“Beynəlxalq Qadınlar Günü” ilə bağlı altı qlobal kampaniya – Foto + Video

2019-03-11 15:29:00

Hər il olduğu kimi bu il də bir çox marka “Beynəlxalq Qadınalar Günü” – 8 Mart ilə bağlı reklam kampaniyaları hazırlayıb. Amma kampaniyaları analiz etdikdə görürsünüz ki, onların bir çoxu “Qadınalar Gününə” aid “nəsə hazırlamaq lazımdır” qayğısı ilə ərsəyə gətirilib. Yeni kampaniyaları hazırlamaq üçün heç də baş yorulmayıb. Bununla belə sizə 8 Mart ilə bağlı son illərin “ən yaxşı” qlobal kampaniyalarını təqdim edirik.

Union Hand-Roasted Coffee – Qadın qəhvə istehsalçıları

 

“Union Hand-Roasted Coffee” Böyük Britaniyanın qəhvə istehsalçısıdır. Şirkət yalnız qadınlar tərəfindən hazırlanan “Ruanda qəhvəsi” ərsəyə gətirib. “Marketinq Week” yazır ki, Ruanda, Qvatemala kimi ölkələrdə cəmiyyətdə, eləcə də qəhvə istehsal edən şirkətlərdə yalnız kişilər hegemondur.

Amma bununla şirkət hər zaman bu ölkələrdəki qadın qəhvə istehsalçılarını dəstəkləyir. İngilis şirkəti Ruanda, Kolombiya, Qvatemala, Nikaraqua, Honduras, Efiopiya kimi ölkələrdəki zavodlarında hər zaman adi vəzifədən, rəhbərlik pozisiyasına qədər qadınlara yer verilir. Eyni zamanda, şirkət istehsalçılar ilə daha yaxşı əlaqələr qurmaq, qatı standartların baş verməsinin qarşısını almaq üçün ildə bir dəfə bu ölkələri ziyarət edir.

“Women’s Aid” – Dijital Reklam bannerləri

Böyük Britaniyanın yardım mərkəz – “Women’s Aid” ailədaxili zorakılığı vurğulamaq üçün uğurlu marketinq fəndindən istifadə edib. Bunun üçün yardım mərkəzi döyülən qadın bannerini açıq hava reklamlarında yerləşdirib. İnsanlar bu qadına durub nə qədər çox baxarlarsa, onun yaraları da o qədər tez sağalırdı.

Marie Claire – “Mənim işim deyil”

Qadın jurnalı “Marie Claire” ötən il kampaniyanı başlamaq üçün 8 Mart-dan istifadə edib. Jurnal kampaniya çərçivəsində işdə ayrı-seçkilik, kobudluq, təcavüz kimi məsələlərə fokuslanıb. Qadın jurnalı oxuyucuları işdən çıxarılma səbəbləri (cinsi təcavüz, ayrı-seçkilik və s. ola bilər) ilə bağlı danışmağa dəvət edib. Kampaniya, həmçinin jurnalın ərsəyə gəlməsinin 30-cu ilinə təsadüf edib.

Fanpage.it – “Ona sillə vur”

İtaliyanın “Fanpage” adlı interneti portalı 2015-ci ildə qadınlara qarşı zorakılığın nə qədər axmaq bir şey olduğunu vurğulamaq üçün kampaniya ərsəyə gətirib. Bunun üçün İtaliyadakı bəzi oğlanları qızlarla üzləşdiriblər. Və oğlanlardan tələb ediblər ki, qarşılarındakı qıza vursunlar. Videoya baxdığınız zaman bu istəyə qarşı uşaqların reaksiyasını görəcəksiniz. Uşaqlar daha sonra, bütün kişi cinsi nümayəndlərinə dərs ola biləcək sosial mesaj da ötürür. Kampaniya populyarlıq qazanır, təkcə “YouTube” da videoya baxış sayı 41 milyondan çoxdur.

Smirnoff ve Spotify – Smirnoff Equalizer

İngilis şirkəti “Diageo”ya aid olan vodka markası “Samirnoff” 8 Mart çərçivəsində “Spotify” ilə əməkdaşlıq edib. İngilis şirkətinin saytında yazılır ki, kampaniya çərçivəsində “Smirnoff Equalizer” API (proqram proqlamlaşdırma interfeysi) hazırlanır. Məqsəd “Spotify”da insanların daha çox qadın sənətçilərə qulaq asmalarına kömək olmaq olub. Qadın sənətçilərin pərəstişkarlarının sayının artması, onları uğura daha tez aparmaq üçün fürsət olacaqdı.

Dove – “Həqiqi Gözəllik Eskizləri”

İllər ərzində qadınlar marketoloq, reklamçılar tərəfindən qüsursuz olaraq təqdim edilib. Belə mesajlarda adətən göstərilirdi ki, qadınlar hər zaman gözəl görünməlidir. Nəticədə, bir sıra qadın öz xarici görünüşlərini bəyənməməyə başlayıblar. “Dove” 2015-ci ildə həyata keçirdiyi reklam kampaniyasında məhz bu məsələyə toxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264