PR

Sosial media reklamlarında hədəfi 12-dən necə vuraq?
06 FEVRAL
106

Sosial media reklamlarında hədəfi 12-dən necə vuraq?

2019-02-06 10:40:00

Bildiyiniz kimi, son zamanlar sosial media reklamları çox aktivləşib. Dijitalda məhsulu tanıtmaq o qədər asanlaşıb ki, insanlar reklam üçün gözlərini qırpmadan ödəniş etməyə razıdırlar. Əslində bunun əsas səbəbi yeni nəsil reklamların daha sərfəli və faydalı olmasıdır. Fins.az xəbər verir ki, əvvəllər reklam deyəndə ağla ilk TV gəlirdi və TV-də reklam yerləşdirmək indi olduğu kimi çox baha başa gəlirdi. Artıq “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdə cəmi 10$ ilə bir neçə min insana çatmaq mümkündür. Maraqlısı odur ki, sosial media reklamları artdıqca rəqabət də artır. Rəqiblərdən seçilmək üçün isə reklamı doğru şəkildə, doğru auditoriyaya çatdırmaq lazımdır. Unutmamalıyıq ki, sosial mediada reklam yerləşdirmək sadəcə şəhər və yaş seçməkdən ibarət deyil. Hər işdə olduğu kimi bu işin də öz sirrləri var. İlk olaraq onu qeyd edim ki, reklam “Ads Manager”dən yaxud “Business Manager”dən yerləşdirilir. Reklam müxtəlif istiqamətlər üzrə seçilə bilər. “Traffic”, “post engagement” bunlardan ən çox istifadə olunanıdır. Əgər siz öz veb saytınıza keçidi artırmaq istəyirsinizsə, “post engagement” üzrə yerləşdirdiyiniz reklam sizin üçün, həm vaxt, həm pul itkisidir. Bu məqsəd üçün “traffic” üzrə reklam seçilməli və ödəniş CPC (cost per click) üzrə ödənilməlidir. Brendinizin ümumi tanıtımı üçün reklam yerləşdirmək istəyirsinizsə, “post engagement” üzrə reklam uğurlu addımdır. Reklam üçün hədəf kütləsi seçimi də çox mühümdür. “Facebook” bizə bunun üçün müxtəlif seçimlər verir. Bu seçimlər əsasında öz brendimizə ən uyğun kombinasiyanı edərək uğurlu reklam yarada bilərik. Reklam yerləşdirməmişdən əvvəl öz müştərilərinizi gözünüzün önündə canlandırın. “Onlar neçə yaşındadır?, hansı cinsdəndir?, harada yaşayır?, nəyi sevir?, rəqiblərinizi tanıyırlarmı? və s”. Bu sualları daha da artırmaq olar. Sonra kütləni formalaşdırın: şəhərləri, yaşlarını, cinslərini, demoqrafiya və interest hissəsində sizin bizneslə əlaqəli bəndləri seçin. “Demographics”, “Interest”, “Behavior” hissələrində, həm özünüz axtarış edə, həmdə bəndlər üzrə seçim edə bilərsiniz. Buraya rəqiblərin adlarını da qeyd etmək mümkündür. Rəqiblərinizi qeyd etsəniz, reklam onlarla maraqlananlara da göstəriləcək. Reklam yerləşdirərkən reklamın səhifəni bəyənənlər, bəyənənlərin dostları və bəyənməyənlərə göstərilmə kimi seçim inkanları var. Burada bəyənməyənlərə göstərilməsi daha effektiv olur. Çünki bu birbaşa “page like”ın artmasına təsir edir. Reklam yerləşdirərkən “Edit Placement” hissəsində reklam yerləşdirəcəyiniz yeri seçə bilərsiniz. Burada avtomatik seçim etməməyiniz məsləhətdir. Yaxşı olar ki, “Post engagement” üzrə “Facebook” və “Instagram” reklamlarını ayrı-ayrı yaradasınız. Traffic üzrə reklamlarda bu çox da fərq etmir. Reklamın ancaq telefon, ancaq desktop və ya hər ikisi üzərindən internetə daxil olarkən görüntülənməsi mövcuddur. Əgər siz mobil oyun reklam edirsinizsə, mobil cihaz seçməyiniz mütləqdir. Həmçinin bu reklamın mobil cihaz internetə ancaq Wi-Fi ilə qoşulanda görüntülənməsi daha faydalı olacaqdır. Çünki oyunu telefona internet paket istifadə edərək yükləyən insan sayı demək olar ki sıfırdır. Reklam olunacaq kontenti seçdikdən və ya yüklədikdən sonra “Call to action” seçə bilərsiniz. Məsələn, oyun reklam edirsinizsə, bu “Download button”u ola bilər.  Son olaraq qeyd etmək istəyirəm ki, hədəf kütlənizin çox detallı seçilməsi onu daraltmır, əksinə sizə lazım olan insanların qarşısına sizin reklamı çıxarır. Bununla da siz həm vaxtınıza, həm də pulunuza qənaət edirsiniz. Onsuz da sizin hədəf kütləniz 170000 olanda hamısına çatmaq üçün reklam yerləşdirmirsiniz, bir qismi üçün ödəniş edirsiniz. Ona görə də hədəfi az güllə ilə 12-dən vurmağa çalışın.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259