PR

Milyarder 1 milyon dollar vəd etdi: Paylaşımı “Twitter”də rekord qırdı
14 YANVAR
678

Milyarder 1 milyon dollar vəd etdi: Paylaşımı “Twitter”də rekord qırdı

2019-01-14 14:52:00

Yaponiyalı milyarder Yusaku Maezawanın 10 milyon yen (925 000 dollar, təxminən 1 milyon dollar) mükafat vəd etdiyi “Twitter” mesajı paylaşım rekordu qırıb.

Fins.az xəbər verir ki, mesaj adıçəkilən sosial şəbəkədə 4 milyondan çox “retweet”lənib. Beləliklə, bu bütün zamanların ən çox paylaşılan “Twitter” mesajı olub. 

Daha öncəki rekord ABŞ-ın Nevada əyalətinindən Karter Vilkinsona aid idi. Fast-food restoranları şəbəkəsi “Wendy”dən bir il ərzində pulsuz toyuq nugget yemək üçün Vikinsonun 2017-ci ildə atdığı tviti 3,6 milyon dəfə paylaşılmışdı.

100 nəfər 1 milyon dolları paylaşacaq

İnternet üzərindən geyim satışı edən “Zozotown”un təsisçisi Maezawa, yanvarın 5-də paylaşdığı tviti paylaşan adamlar arasında seçim yolu ilə 100 nəfər şanslı namizəd seçəcəyini elan edib. Milyarder 100 nəfərə ümumilikdə 1 milyon dollar vəd edib. Maezawa tvitində “Zozotown”un Yeni il ərəfəsi və bayramda 10 milyard yenlik dövriyyəyə nail olduğunu yazıb. Əlavə edib ki, pul mükafatını qazanmaq üçün tək etməli olduğunuz “Twitter”də məni izləmək və tviti paylaşmaqdır.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264