PR

“McDonald’s”un bu ölkədə mediapartnyoru hansı şirkət oldu?
04 YANVAR
209

“McDonald’s”un bu ölkədə mediapartnyoru hansı şirkət oldu?

2019-01-04 12:12:00

“McDonald’s” Rusiya bazarında mediaplanlaşdırma və bayinq xidmətlərinin seçimi üzrə tenderin qalibini elan edib. Fast-food restoranları şəbəkəsi yeni partnyoru “Publicis Media”-a daxil olan “Starcom” olub. Reklam qrupunun nümayəndəsi mediaagentliyin qalibini elan edib və Sostav.ru-ya deyib ki, belə böyük müştəri ilə əməkdaşlıqdan şad olacağıq.

“McDonald’s”, həmçinin son 15 ildə şirkətə xidmət edən “OMD OM Group”un şirkət ilə əməkdaşlığı məsələsinə də toxunub. Belə ki, “OMD OM Group” ekonometrik modelləşdirmə və analtika sahəsində kompaniya ilə əməkdaşlıq edəcək. 

“McDonald’s” Rusiya2018-in TOP-30 ən iri reklamverəni (büdcəsinə görə) arasında 13-cü yerdə qərarlaşıb. Keçən ilin nəticəsinə görə, şirkət reklama 3,59 milyard rubl xərcləyib. Bunlardan 2,58 milyard rublu isə televiziya reklamlarının payına düşüb. “Publicis Media” 2018 АКАР/Sostav-ın tərtib etdiyi mediaagentliklər və holdinqlərin reytinqində, 55,6 milyard rubl həcmi ilə ikinci olub.

Holdinqə daxil olan “Starcom” mediaagentliyinin billinqi isə 22,6 milyard rubl olub. “OMD OM Group” 69,2 milyard rubl billinqi ilə mediasatınalmaları baxımından ikincidir. “McDonald’s” 2017-ci ilin oktyabrında mediabiznes fəaliyyətinə qlobal baxış həyata keçirib. Kompaniya partnyorlarından biri ilə əməkdaşlıqdan imtina edib və bütün dünyada ən yaxşı agentliklərin siyahısını hazırlayıb.

AdAge qeyd edib ki, OMD Kanada, Çin, Almaniyadakı hesablarını qoruyacaq. “Starcom” isə şirkətin Fransadakı partnyoru olacaq. Latın Amerikasında isə vəzifələr iki şirkətin arasında bölünüb. Sual altında qalan bazarlar isə Britaniya və Amerikadır.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264