PR

Reklam çarxı paylaşım rekordu qırır – Video
27 DEKABR 2018
529

Reklam çarxı paylaşım rekordu qırır – Video

2018-12-27 17:52:00

“Ziraat Bank”ı 155 illiyinə həsr edilmiş yeni reklam çarxını ərsəyə gətirib. Fins.az-ın məlumatına görə, facemark.az Marketinq Türkiye-yə istinadən xəbər verir ki, reklam filmi “Yeşilçam” mövzusu adı altında paylaşılıb və çarx sosial mediada xeyli bəyənilib. Reklam çarxında “Yeşilçam”ın həyatda olmasalar da, unudulmaz aktyorları olan Münir Özkul, Adile Naşit Hulusi Kentmen, Halit Akçatepe, Erol Taş kimi aktyorlar yer alıb. Çarx sosial mediada paylaşım rekordları qırıb. Bank bu layihəni “Happy People Project” agentliyi ilə birgə ərsəyə gətirib. Reklam çarxının sloqanı isə “Əgər biz birlikdə olarsaq, gücümüz hər şeyə çatar və filmin sonunda sevinən həmişə biz olarıq!” olub. Çarx, həm türk insanının bərabərlik gücünə, həm də “Ziraat Bank”ının köklü tarixinə fokuslanıb.

Sosial mediada istifadəçilərin bəziləri qeyd edib ki, təəssüf ki, reklam filmində Tarık Akan, Kemal Sunal, Metin Akpınar ve Zeki Alasya kimi tanınmış aktyorlar yer almayıb.

Reklamverən: Ziraat Bankası

Agentlik: Happy People Project
Kreativ komanda : Yaşar Akbaş, Fırat Yıldız, Tuğçe Kadıoğlu, Mert Merdim
Rejissor: Doğan Tanyer
İstehsalçı şirkət : 2012
Orijinal musiqi: Melih Kibar – Hababam Sınıfı

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269