PR

Televiziya sponsorluğu ilə bağlı araşdırma: Reklamverənlər nə istəyir?
23 NOYABR
104

Televiziya sponsorluğu ilə bağlı araşdırma: Reklamverənlər nə istəyir?

2018-11-23 11:07:00

Rusiyanın kommunikasiya agentliklərinin birliyi (AKAP) “Qazprom-media” satış evinin təşəbbüsü ilə televiziya sponsorluğu ilə bağlı araşdırma aparıb.

Fins.az xəbər verir ki, ekspertlər 100 TV reklamverənlərini araşdırıb və onların 68%-i şirkətlərin marketinq direktorları və departament rəhbərləri olub. Tədqiqat çərçivəsində reklamverənlər iki qrupa ayrılıb: Televiziya sponsorluğu alanlar və almayanlar. Araşdırma Rusiyada təşkil edilən “Milli Reklam Forum”unda təqdim edilib. Televiziya sponsorluq bazarının böyüdülməsi üçün effektivliyi təsdiq edən əlavə tədqiqatlar çatmır.

Bu kanaldan istifadə edən reklamverənlərin 75%-i düşünür ki, televiziyada sponsorluq məsələsi sorğunun nəticələrindən asılıdır. Bu kanal vasitəsilə reklam vermək istəyənlərin 61%-i istəyir ki, onlar yeni layihələr, variantlar haqqında məlumat əldə etsinlər. 45% reklamverən adiyatı sahə üzrə daha keyfiyyətli tədqiqat və auditoriyanın mənzərəsi haqqında daha detallı informasiya almağı gözləyir. 29%-i isə düşünür ki, layihələrin vaxt və reallaşdırılması məsələsini sürətləndirmək lazımdır. 13% reklamverənlər isə televiziyada sponsorluq ilə bağlı görüş və təkliflərin sayının artımının vacibliyindən danışıb.

Markaların nümayəndələrinin 47%-i isə agentlik və satıcların sponsorluq ilə bağlı onları məlumatlandırmasından məmnunluq edib. Reklamverənlərin 46%-i bu haqda daha çox informasiya almaq istəyirlər, 7%-i isə suala cavab verməkdə çətinlik çəkib. Reklamverənlərin 29%-i televiziya büdcəsinin cəmi 10%-ni sponsorluq üçün “açmağa” razıdır. Reklamverənlərin yalnız 9%-i 30%-dən çox sponsorluq üçün büdcə ayıra biləcəklərindən danışıb.

Televiziyada sponsor olmağa razı olan iri markaların 70%-i, əsasən şou verilişlərinə, 45%-i realiti şoulara, 41%-i film və seriallara, 4%-i az tələbat olsa da, animasiyaya, 7%-i proqram-viktorinalara, 9%-i isə xəbərlərə büdcə ayırır.Televiziyada sponsor olmayan reklamverənlər bunu ilk növbədə efektivliyin ölçülməsinin çətinliyi və xidmətlərin qiymətinin baha olması ilə izah edib. Həmçinin bu cür reklamverənləri narahat edən bir başqa məqam isə onların sponsor olacağı layihələrin şirkətin missiyası ilə uyğunsuzluğudur. Onların sözlərinə görə, reklamın bu növü haqqında kifayət qədər informasiya, yeni variant, format yoxdur, onu reallaşdırmaq da çətindir.

 

©Facemark.az

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256