PR

Beynəlxalq Bank “ASAN xidmət” mərkəzlərində nağdsız ödənişləri təmin etdi
19 DEKABR 2017
305

Beynəlxalq Bank “ASAN xidmət” mərkəzlərində nağdsız ödənişləri təmin etdi

2017-12-19 16:14:00

Bakıda fəaliyyət göstərən 1, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının POS-terminalları quraşdırılıb. Vətəndaşlar bu imkandan faydalanaraq Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə ödənişləri, o cümlədən büdcə ödənişlərini ölkəmizdəki bütün bankların plastik kartları vasitəsilə nağdsız qaydada yerinə yetirə bilərlər.

Belə bir yenilik, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə görülən işlərin nəticəsidir.

Qeyd edək ki, bu məqsədlə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bir sıra dövlət qurumlarının iştirakı ilə müvafiq İşçi Qrupu yaradılıb. İşçi Qrupunda “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Bankı da təmsil olunur.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276