PR

Bu yay AccessBank-la ikinci dəfə üzünüz güləcək!
17 AVQUST
233

Bu yay AccessBank-la ikinci dəfə üzünüz güləcək!

2017-08-17 15:46:00

İsti yay günlərinin bitməsinə çox az qalmasına baxmayaraq Siz hələ də istirahət edə bilməmisiniz? Çoxdandır istifadə etdiyiniz telefonunuzu yeni iPhone 7 ilə əvəz etməyi arzulayırsınız? Sevimli videoları kompüterdə deyil rahat planşetdə izləmək istəyirsiniz?

Bunun üçün AccessBank-ın Mastercard ödəniş kartları ilə avqustun 20-nə qədər ödəniş edin və “Bu yay üzünüzə güləcək!” lotereyanın iştirakçısına çevrilin. Elədiyiniz xırda ödənişlərin cəmi 20 AZN olduqda belə lotereyada 1 uduş şansı qazanırsınız. Daha çox kartla ödəniş edin ki, udmaq şansınız daha çox olsun! Lotereyada iştirak etmək üçün heç bir sənəd doldurmaq və ya harasa getmək lazım deyil. Sadəcə AccessBank-ın kartı ilə ödəniş edin və avtomatik lotereyanın iştirakçısına çevrilin.

30 avqust tarixində keçiriləcək 2-ci tirajda Antalyaya 2 nəfərlik səyahət paketi, 2 ədəd Apple iPhone 7 smartfonu və 4 ədəd Samsung Galaxy planşeti oynanılacaq.

Bundan əvvəl keçirilən 1-ci tirajın7 bəxtəvər qalibi isə, artıq öz hədiyyələrini əldə ediblər. 7 qalibin hər birinin müxtəlif sayda şansı olub və ən böyük hədiyyəni, Antalyaya səyahəti ən az şansı olan iştirakçı əldə edib. Siz də avqustun 30-da növbəti 7 bəxtəvərdən biri olmaq istəyirsinizsə, vaxt itirmədən AccessBank-da yeni Mastercard plastik kartı açın və daha çox ödəniş edin ki, bu yay son üzü gülən Siz olun!

Daha ətraflı məlumatı Bankın rəsmi internet saytındanFacebook və Twitter səhifələrindən, eləcə də 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291