PR

AccessBank-dan yeni kampaniya – “SABİT ƏMANƏT”
06 İYUN 2017
884

AccessBank-dan yeni kampaniya – “SABİT ƏMANƏT”

2017-06-06 11:08:00

Bank növbəti kampaniyaya start verdi

AccessBank 15 illiyi ilə bağlı müştəriləri yeni kampaniyalarla sevindirməyə davam edir. Bu gün Bank stabilliyə üstünlük verən müştərilər üçün “Sabit əmanət” kampaniyasına start verdi. Bu kampaniya sayəsində müştərilər manatla əmanət hesabı açıb, vəsaiti ABŞ dolları valyutasında da geri götürə bilərlər. Müştərilər istəklərinə uyğun olaraq həm əmanət müddətinin sonunda, həm də əmanət vaxtından əvvəl bağlanarsa bu imkandan faydalana bilərlər.

Kampaniya çərçivəsində açılan əmanətlərə 15%-dək faiz dərəcəsi tətbiq olunur. Bu təklifdən həm fiziki, həm də hüquqi şəxslər 30 iyun 2017-ci il tarixinədək yararlana bilərlər. Xatırladaq ki, AccessBank-da açılan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

“Sabit əmanət” haqqında daha ətraflı məlumatı Bankın rəsmi internet saytındanFacebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259