PR

Azərbaycan Beynəlxalq Bankı məktəblilər üçün viktorina keçirdi
22 DEKABR 2016
247

Azərbaycan Beynəlxalq Bankı məktəblilər üçün viktorina keçirdi

2016-12-22 11:02:00

İdman, mədəniyyət, təhsil və s. bu kimi sahələrin inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyət layihələrini regionlarda da davam etdirir. Belə regional layihələrdən biri də Salyan rayonunda həyata keçirilib. Bankın Salyan şöbəsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində rayondakı 1 saylı məktəbin bir qrup şagirdi üçün bank xidmətləri mövzusunda maarifləndirici tədbir təşkil edib. Məktəblilərə əvvəlcə, ümumilikdə, bank fəaliyyəti və ölkəmizin ən aparıcı bankı kimi Azərbaycan Beynəlxalq Bankı haqqında məlumat verilib

. Daha sonra şagirdlər arasında bankçılıq haqqında sualları əhatə edən viktorina keçirilib. 1, 2 və 3-cü yerin qaliblərinə mükafatlar təqdim olunub. Eyni zamanda, tədbirdə iştirak edən bütün şagirdlərə Azərbaycan Beynəlxalq Bankının Yeni il hədiyyələri verilib. Uşaqların fərdi inkişafına, bank-maliyyə sahəsində bilik əldə etməsinə kömək göstərən bu cür tədbirləri Azərbaycan Beynəlxalq Bankı gələcəkdə də davam etdirmək niyyətindədir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298