PR

Beynəlxalq Bank beynəlxalq maliyyə qurumlarının diqqətini çəkib
29 SENTYABR
131

Beynəlxalq Bank beynəlxalq maliyyə qurumlarının diqqətini çəkib

2016-09-29 11:17:00

İsveçrənin Cenevrə şəhərində keçirilən "SİBOS 2016" beynəlxalq sərgi-konfransında Azərbaycan Beynəlxalq Bankının (ABB) iştirakı böyük maraqla qarşılanıb. Fins.az xəbər verir ki, bank sektoru üzrə dünyanın ən böyük sərgisi sayılan bu tədbirdə ABB ilk dəfədir ki, öz stendi ilə iştirak edir.

Bankın stendi sərgi salonunun mərkəzində yerləşdirilib və dünyanın aparıcı banklarının stendləri ilə əhatə olunub.

Sərgi çərçivəsində dünyanın 60-dan çox bank-maliyyə qurumunun təmsilçiləri ilə ABB-nin nümayəndə heyəti arasında işgüzar görüşlər keçirilib. Görüşlər zamanı xarici maliyyə institutlarının təmsilçilərinə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə aparılan davamlı islahatlar, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində baş verən müsbət dəyişikliklər, eləcə də ABB-nin fəaliyyəti, ölkəmizin sosial-iqtisadi həyatında bu bankın yeri və rolu barədə ətraflı məlumat verilib.

Müzakirələrdə ABB-nin sindikatlaşmış əqdin həyata keçirilməsi ilə bağlı fikirlər də səsləndirilib. Danışıqlarda iştirak edən 20-dən çox xarici maliyyə institutu belə bir sazişə qoşulmaq niyyətini təsdiqləyib.

Təkcə sərgidə 4 bank artıq qeyd olunan sindikatlaşmış sazişə qoşulub. Bu istiqamətdə danışıqlar davam etdirilir. Qeyd edək ki, cəlb olunan vəsait Bankın cari öhdəliklərinin yenidən maliyyələşdirilməsinə yönəldiləcək.

Xatırladaq ki, ənənəvi SİBOS sərgi-konfransı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) təşkilatçılığı ilə 1978-ci ildən keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275