PR

Qurban bayramında xeyriyyə kampaniyası
09 SENTYABR
17

Qurban bayramında xeyriyyə kampaniyası

2016-09-09 10:05:00

189 TAXI xidməti qarşıdan gələn Qurban Bayramı iləəlaqədar daha bir korporativ sosial məsuliyyət kampaniyası keçirəcək.

Uşaq evlərinin sakinlərinə bayram sovqatıçatdırmaq məqsədi iləşirkət cari ilin 10-11 Sentyabr tarixlərində hər taksi sifarişi məbləğinin müəyyən bir hissəsini xeyriyyə məqsədinə ayıracaq.

Qurban Bayramı günü (12 Sentyabr) toplanmış bütün məbləğə bayram sovqatı alınacaq vəşirkətin əməkdaşlarından ibarət nümayəndə heyəti uşaq evlərinə başçəkərək, onların sakinlərini təbrik edəcəklər.

189 TAXI xidməti paytaxt sakinlərini bu xeyriyyə kampaniyasına qoşulmağa çağırır və bildirir ki, əlavə olaraq 50 könüllüşəxs şirkətin nümayəndə heyətinə qoşula bilər.

 Tədbirə qoşulmaq üçün qeydiyyatdan keçin: 

https://goo.gl/forms/cwg4oOT3JiyqTqkD3 

Fürsətdən istifadə edərək taksi xidmətimiz adından bütün müsəlman xalqını Qurban Bayramı münasibətilə təbrik edir, kəsdiyiniz qurbanların, etdiyiniz duaların qəbul olmasını diləyirik!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272