PR

“Applab”ın layihələri britaniyalı investorların diqqətini cəlb edir
07 SENTYABR
127

“Applab”ın layihələri britaniyalı investorların diqqətini cəlb edir

2016-09-07 14:20:00

Bakcell-in Applab layihəsi iştirakçılarının startaplar üçün akselerasiya proqramı olan Wayra UK şirkətinə təqdim etdiyi 11 layihədən 4-ü (“QuizMindUp”, “Kvotter”, “Spinal” və “BraillePad”) xüsusi maraqla qarşılanıb.  

Layihələrin dəyərləndirilməsi “Wayra UK” şirkətinin tərəfdaşlıq və akselerasiya proqramları üzrə meneceri Harri Deyvis tərəfindən aparılıb. Bunun üçün təşkil olunmuş xüsusi təqdimat zamanı yerli developerlər özlərinin təkmilləşdirilmiş layihələri barədə məlumat verib, ekspertin suallarını cavablandırıblar.

“Wayra UK” proqramı üçün növbəti seçim mərhələləri bu ilin sentyabr-dekabr ayları arasında keçiriləcək.

Qeyd edək ki, “Wayra UK” startap layihələrinə 70.000 ingilis funt sterlinqi civarında investisiya ayırır. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişaf məqsədlərinə yönəldilir.

Bakcell və “Wayra UK” şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarında qurulub. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycandan olan developerlərin  startap layihələrini inkişaf etdirmək və onlara beynəlxalq bazara çıxış imkanı yaratmaqdır.

Hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra “bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274