PR

Azercell Ümumdünya Şahmat Olimpiadasının tərəfdaşıdır
02 SENTYABR
118

Azercell Ümumdünya Şahmat Olimpiadasının tərəfdaşıdır

2016-09-02 17:03:00

Azercell Telekom MMC ölkəmizdə keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasına dəstək verir. 1 sentyabr tarixindən Bakıda start götürən Beynəlxalq Olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib və ümumilikdə 181 kişi və 142 qadın komandası mübarizə aparmaq üçün Azərbaycana gəlib. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. Ölkəmiz üçün belə bir əhəmiyyətli tədbirdə Azercell nümunəvi Müştəri Xidmətləri və Telefon Mərkəzini yaratdığına görə, Şahmat Olimpiadası boyu telefon mərkəzinin təşkilini təmin edir. Qeyd edək ki, indiyə qədər baş tutan bütün şahmat olimpiadalarında ilk dəfədir ki peşəkar telefon mərkəzi xidməti göstərilir və onun da təşkili Azercell Telekom-a həvalə olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275