PR

Unibank texnoloji yeniliklərin tətbiqini davam etdirir
22 AVQUST
107

Unibank texnoloji yeniliklərin tətbiqini davam etdirir

2016-08-22 18:15:00

Ölkənin ən texnoloji banklarından olan Unibank, öz məhsul və xidmətlərində növbəti yeniliklər etməyə hazırlaşır.

Xidmətlərində daim texnoloji yenilikləri tətbiq edən Unibank, hazırda tranzaksiyaların təhlükəsizliyinin daha da yüksəldilməsi məqsədilə yeni proqramların tətbiqini həyata keçirir. Bu proqram təminatının tətbiqindən sonra,  müştərilərin hesab və kartlarında apardığı əməliyyatların təhlükəsizliyi və qorunması daha da yüksələcək.  Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq yaxın bir neçə gün ərzində xidmətlərdə müvəqqəti texniki məhdudiyyətlər olacaq.  Unibank anlayışları üçün müştərilərinə təşəkkürünü bildirir və ən qısa müddətdə  bu məhdudiyyətlərin aradan qalxacağını diqqətə çatdırır.

Ortaya çıxan hər hansı məsələ ilə bağlı ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

 

Unibank-hər kəsin bankı!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272