PR

Bankın Qəbələ şöbəsi istirahət günləri də işləyəcək
19 AVQUST
145

Bankın Qəbələ şöbəsi istirahət günləri də işləyəcək

2016-08-19 16:46:00

“Azər Türk Bank” özünün Qəbələ şöbəsini açır. Şöbə Qəbələ rayonunda ASAN xidmət mərkəzinin daxilində yerləşir. 

Burada fiziki və hüquqi şəxslərə bank hesablarının açılması, fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nağd vəsaitin çıxarılması, hökümət ödəniş portalı üzrə əməliyatların aparılması kimi xidmətlər təqdim olunacaq. 

Azər Türk Bankın inkişaf strategiyasına uyğun olaraq yaradılmış yeni şöbə həftəiçi hər gün saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək işləyəcək. 

Şəhər iqtisadiyyatının da inkişafına öz təsirini göstərəcək şöbə, Azər Türk Bankın digər şöbə və filiallarında olduğu kimi müştəri məmnuniyyətini əsas hədəf seçib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275