PR

Premium kart sahiblərini ne gozleyir? - VİDEOÇARX
27 İYUL
96

Premium kart sahiblərini ne gozleyir? - VİDEOÇARX

2016-07-27 10:42:00

Azər Türk Bank bir çox premium xidmətləri özündə birləşdirən MasterCard “World Elite” ödəmə kartı ilə bağlı hazırlanmış video-çarxı təqdim edir.

VİP-zallardanistifadə imkanı

Bu kartın əsas üstünlükləri ondan ibarətdir ki, MasterCard “WorldElite” sahibləribir çox ölkələrin hava limanlarında fəaliyyət göstərən «Master Card Lounge»-lardan pulsuz istifadə edə bilər, dünyanın 600-dən artıq beynəlxalq hava limanında birinci dərəcəli və VİP-zallara giriş, biznes-xidmətlərdən istifadə kimi üstünlüklərdən yararlana bilərlər. 

Ölkə üzrə bələdçi xidməti

Azər Türk Bankın “World Elite” ödəmə kartına sahib olanlar bununla səfər etdikləri ölkəyə dair ətraflı bilgi almaq, viza və digər sənədləşmə məsələlərinə dəstək, yerli valyuta məzənnələri barədə məlumatlanma, itirilmiş baqajın tapılması və çatdırılmasına kömək imkanları da əldə etmiş olurlar. 

Şəxsi menecerlə qapalı zifayətlərə dəvət

 “World Elite” ödəmə kartına sahib olan müştərilər həmçinin “Concierge” xidmətindən yararlanmaqla 365/24/7 vaxt rejimində çalışan şəxsi menecer vasitəsilə bahalı otellərdə qapalı ziyafətlərə və klublara keçid, incəsənət və kino premyeralarında iştirak, dəbli butiklərə buraxılış və bir çox digər imkanlardan yararlana bilərlər.

50 min avroluq sığorta

Xidmətdən faydalanmaq üçün xüsusi nömrəyə zəng edib şəxsi menecerlə əlaqə yaratmaq yetərlidir.  Bundan başqa, «Atəşgah Sığorta» şirkəti kart sahiblərinin səfər sığortasını təmin edir ki, bu da onları xaricə səfərdə müxtəlif bədbəxt hadisələrin baş verməsi zamanı itkiləri 50 000 avro məbləğinə qədər sığortalayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272