PR

Uşaqlardan bankirlərə təkliflər – TOPLANTI KEÇİRİBLƏR
01 İYUN
302

Uşaqlardan bankirlərə təkliflər – TOPLANTI KEÇİRİBLƏR

2016-06-01 12:49:00

Kapital Bank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bankir oldum” adlı sosial layihə həyata keçirib. Bankdan fins.az-a verilən məlumata görə, layihə çərçivəsində 5-7 yaşında olan uşaqları 1 iyun tarixində Kapital Bank-ın əməkdaşlarını əvəz ediblər. 

Layihə zamanı uşaqlar Kapital Bank-ın İdarə Heyətinin sədri, müavinləri, həmçinin bir sıra departamentlərinin direktorlarını və filial əməkdaşlarını əvəz ediblər. Balacalar gün ərzində toplantılar keçirirərək. blər və müxtəlif qərarlar qəbul ediblər.

Uşaqların təklifləri
Layihənin cəmi bir gün davam etməsinə baxmayaraq uşaqlar bankın fəaliyyəti ilə bağlı maraqlı təkliflər irəli sürüblər. Belə ki, uşaqlar müştərələrə verilən kreditlərin üstündə şokolad da verilməsini, filiallara «play-station» oyun aparatlarının qoyulmasını, iş gününün saat 3-ə qədər endirilməsini, eləcə də hər fəsildə məzuniyyət olmasını təklif ediblər.

Layihənin əsas məqsədi uşaqlara bank əməkdaşları vəzifəsində unudulmaz gün yaşatmasına, həmçinin onların gələcəkdə peşə seçərkən daha həssas olmasına istiqamətlənib.
Qeyd edək ki, Kapital Bank korporativ sosial məsuliyyət çərçivəsində, daim müxtəlif təhsil və idman layihələrini dəstəkləyir. Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq gələcəkdə də bu kimi tədbirlər keçirməyi planlaşdırır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Eləcə də bax: Azərbaycanda bank uşaqlara tapşırıldı - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272